Hekayə

Teruar
 

Chabiant şərabı Azərbaycanın İsmayıllı Şərab-2 şərab zavodunda istehsal olunur. İsmayıllı rayonunun mənzərəli guşəsində, Böyük Qafqazın cənub yamaclarında, 750 metr yüksəklikdə yerləşən üzümlərimiz müstəsna iqlim və teruar şəraitində yetişdirilir və istehsal olunur. Üzüm bağlarımız günəşli günlərlə sərin gecələr arasında mülayim temperatur dəyişimi və təbii yağışlarla qidalanan təpələrdə salınmışdır ki, bu da yetişmiş və sağlam üzümlər üçün ən yaxşı şəraiti təmin edir.

Üzümlərimizi ətraf mühitə dərin hörmətlə yığır, ənənə və yeniliklərin birləşimindən istifadə edərək onları emal edir və Malikanəmizdə ən yaxşı şərabları istehsal edirik. Yerli və italyan mütəxəssislərdən ibarət peşəkar komandamız fəlsəfəmizi dəstəkləyir, hər bir qədəh şərabda bağlarımızdakı üzümləri vurğulamaq və teruarı əks etdirmək üçün birlikdə işləyirlər.

Üzüm bağları
 

Özündə Qafqaz və Avropa üzüm sortlarını ehtiva edən 250 hektar üzüm bağlarımız var. Müxtəlif şərab qarışımları hazırlasaq belə, orijinal yerli üzüm sortlarına gəldikdə, üzüm bağlarımızdan çıxan təmiz və əfsanəvi Azərbaycan şərabından zövq ala bilməyiniz üçün qarışıqsız 100% mono-sort şərablar istehsal edirik.

Şərabın istehsalı
 

Ağ, qırmızı və gənc şərabların istehsalında maksimum keyfiyyəti qoruyaraq üzümlər əllə yığılır və Malikanədə qablaşdırılır. Şərab dadma xidmətlərimizdən yerindəcə yararlanmaq istəyənlər üçün misilsiz qonaqpərvərlik abu-havası yaradan restoranı və barı, həmçinin böyük şərab zirzəmisi olan qonaq evimiz də var.

İsmayıllı Şərab-2 zavodu 1982-ci ildə Azərbaycanın İsmayıllı rayonunda yaradılmışdır. 2010-cu ildə şərab zavodu modernləşdirilmiş və istehsal avadanlığı yenilənmişdir. 2017-ci ildə İsmayıllı Şərab-2 yerli və beynəlxalq bazarlar üçün Chabiant adlanan yeni brendini təqdim etdi. Üzüm bağlarına qulluq və idarəetmə ən son Avropa aqro təsərrüfatı tendensiyalarına uyğundur. Hal-hazırda zavod Avropa istehsal xəttindən istifadə edir, italyan mütəxəssis-enoloqlar yerində bənzərsiz şərab qarışımları yaradırlar. İsmayıllı Şərab-2 bir neçə dəfə böyük Beynəlxalq Şərab Sərgilərində iştirak etmiş və bir sıra nüfuzlu mükafat və sertifikatlarla təltif olunmuşdur. Şərab böyük həcmdə xüsusi etiketlərlə Rusiyaya, Çin və Yaponiyaya ixrac olunur.

Chabiant Saperavi-Kaberne Sovinyon Qırmızı Turş şərabı
 

Chabiant şərabları 1980-ci illərə gedib çıxan uzun bir tarixə malik olan şərabçılıqda yeni bir marka olaraq meydana gəldi. O zamanlar, sovet üzüm emalı üsulları ilə işləyən, keyfiyyətə deyil, kəmiyyətə əsaslanan köhnə şərab “sovxoz”-ları mövcud idi. Bununla birlikdə, torpaq, iqlim (teruar) üzüm yetişdirmək üçün fantastikdir, yetişmiş və sağlam üzüm üçün ən yaxşı şəraiti təmin edir (Teruar bölməsinə bax).

Azərbaycan üzümçülüyünün yerli növlərini dirçəltməyə can atan yeni komanda zavodun yenidən qurulması, avadanlıqların Avropa standartlarına uyğunlaşdırılması, çənlərin dəyişdirilməsi, üzüm bağlarına yenidən baxılması, həyata qaytarılması və 250 hektara yaxın ərazinin calaq edilməsi, yerli işçilərə fərqli üzüm qulluq texnikalarının öyrədilməsistrategiyasını işləyib hazırlamışdır. Bölgədə qayğı ilə qorunub saxlanılan yerli şərabçılıq ənənələrini unutmamaq üçün, yüksək dərəcədə peşəkar və sədaqətli italyan enoloqlar yeni strategiyanın işlənib hazırlanmasında və həyata keçirilməsində fəal iştirak etmişlər.

Chabiant Rkatsiteli-Mtzvane Ağ Turş şərabı
 
Az