30-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi ProWein 2026
31.03.202615–17 mart tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilən 30-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində — ProWein 2026 — Chabiant Winery də iştirak etdi.
Chabiant Winery, İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təqdim olunan “Made in Azerbaijan” vahid ölkə stendində öz məhsullarını nümayiş etdirdi.
Sərgi müddətində brendin şərabları beynəlxalq ziyarətçilərə təqdim olundu, dequstasiyalar keçirildi və məhsullar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.