Azərbaycanın şərab brendi Chabiant, dünyanın ən nüfuzlu və iri miqyaslı şərab müsabiqələrindən biri olan DECANTER WORLD WINE AWARDS 2025-də yüksək qiymət alıb

Fəxrlə bildiririk ki, İsmayıllı (Ağsu) bölgəsinin qəlbində yaradılmış iki şərabımız dünyanın ən nüfuzlu beynəlxalq şərab müsabiqələrindən biri olan Decanter World Wine Awards 2025-də gümüş medala layiq görülüb:

Chabiant Saperavi-Kaberne Sovinyon 2021 DECANTER WORLD WINE AWARDS 2025-də gümüş medal alıb
 

    ● Chabiant Saperavi-Cabernet Sauvignon 2021 — 94 xal

Chabiant Mədrəsə 2021 DECANTER WORLD WINE AWARDS 2025-də gümüş medal alıb
 

    ● Chabiant Madrasa 2021 — 90 xal

Chabiant Madrasa 2021 — Azərbaycanın şərabçılıq irsini təcəssüm etdirən avtoxton üslubun saf ifadəsidir. Parlaq meyvə notları, mineral təravət və məxməri tekstura bu şəraba təbii və incə xarakter verir.

Chabiant Saperavi–Cabernet Sauvignon 2021 isə 94 xalla gümüş medalın zirvəsində qərarlaşdı. Yetişmiş böyürtkən, ədviyyat çalarları və balanslı tanin strukturu bu şərabın həm dərin, həm də nəfis olduğunu göstərir. Yaxşı yetişmə potensialına malikdir.

Bu qədər yüksək qiymətlər üslubun, terruarın ifadəsinin və hər bir butulkada nail olmağa çalışdığımız harmoniyanın peşəkar tanınmasıdır.

Decanter münsiflər heyətinə bu yüksək qiymət və etimada görə dərin təşəkkürümüzü bildiririk — və bu uğuru bizimlə birlikdə yaşayan bütün şərabsevərlər və tərəfdaşlarla bölüşməkdən böyük məmnunluq duyuruq.

Az