“VİNAZ” Azərbaycan şərabları evinin açılışı və “Azərbaycan nemətləri” stendinin təqdimatı

VİNAZ Azərbaycan şərabları evi
 

Azərbaycan məhsullarının, xüsusilə də Azərbaycan şərablarının Rusiya bazarında daha fəal təşviqi Azərbaycanın ixrac strategiyasının əsas hədəflərindəndir. Bu strategiya çərçivəsində, 7 iyul 2019-cu il tarixində, Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində keçirilən “İnnoprom-2019” Beynəlxalq Sənaye Sərgisi zamanı “VİNAZ” Azərbaycan şərab evinin açılış mərasimi və “Azərbaycan nemətləri” stendinin təqdimatı keçirilib.

Şərab evi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilati dəstəyi ilə sahibkar Tatyana Moşinskaya tərəfindən açılıb.

Açılış mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiya Federasiyasının sənaye və ticarət naziri D.V. Manturov və Sverdlovsk vilayətinin qubernatoru E.V. Kuyvaşev iştirak etmişdir. Fəxri qonaqlar arasında Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev də yer almışdır.

Az