Yeni məhsulumuz - VINO RARO (kəhrəbayı şərab)

Chabiant VINO RARO (kəhrəbayı şərab)
 

Əziz şərab sevərlər!

Sizə yeni məhsulumuz olan Vino Raro-nu (kəhrəbayı şərab) təqdim etməkdən zövq duyuruq. Bu şərab, 60 % Bayan Şira və 40% Rkatsiteli olan, bizim qədim bağlarımızdan seçilmiş ən yaxşı üzümlərdən hazırlanmışdır. Vino Raro, kəhrəbayı şərab tərzindədir və Qafqaz regionunun ən qədim şərabçılıq metodu ilə hazırlanmışdır. Qədim vaxtlarda, ağ üzümlər, gildən hazırlanmış amforalarda qabıqları ilə birlikdə qıcqırması üçün saxlanılırdı (12 aya qədər), Chabiant isə bu texnikanı dərindən öyrənmiş, və bu metodun potensialını, Vino Raro istehsal etmək üçün istifadə etmişdir.

Chabiant Vino Raro qədim cazibəsini qoruyaraq və müasir şərabçılıq ehtiyaclarını diqqətə alaraq, keçmişdən gələn şərabı, üzə çıxarmışdır. Kəhrəbayı şərab metodları ilə müasir şərabçılıq, birlikdə ağ şəraba xas olmayan özünəməxsus bir şərab dadı ortaya çıxarmışdır.

Az