27-ci "Prodexpo 2020" beynəlxalq sərgisi

27-ci Prodexpo 2020 beynəlxalq sərgisi
 

Qida məhsulları, içkilər və onların Rusiya və Şərqi Avropada istehsalı üçün lazım olan xammalların 27-ci ən böyük beynəlxalq sərgisi "Prodexpo2020" 10-14 fevral tarixlərində “Expocentre” Mərkəzi Sərgi Kompleksində keçirilir.

Burada dünyanın hər yerindən ərzaqlar təqdim ediləcək: əsas məhsullar, orqanik və idman qidaları, koşer və halal məhsullar, nəfis delikateslər, ən ekzotik məhsullar, alkoqollu məhsulların ən böyük ekspozisiyası.

Bu il "Prodexpo2020" sərgisinin rəsmi sponsoru "Made in Azerbaijan" milli stendini təmsil edilən Azərbaycan oldu. 30-dan çox Azərbaycan şirkəti vahid milli stenddə məhsullarını ziyarətçilərə təqdim edəcək.

Azərbaycan, İqtisadiyyat Nazirliyinin və İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə 3-cü zalda, "xarici milli ekspozisiyalar"-ın 2-ci pavilyonunda təqdim olunacaq.

Sizi stendimizdə görməyə şad olarıq!

Az